Bakıda avtobusda qadının pulqabısını oğurlayan şəxs TUTULDU

Cəmiyyət


Bakıda marşrut avtobusunda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir