
Bakı. Trend:
Əlcəzair Futbol Federasiyası milli komandanın baş məşqçisi
Vladimir Petkoviçlə müqavilənin uzadılmasını elan edib.
Trend xəbər verir ki,
yeni müqavilə 31 iyul 2028-ci ilə qədər qüvvədədir. Petkoviç
komandaya 29 fevral 2024-cü ildə rəhbərlik etməyə başlayıb.
Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatına
vəsiqə qazanıb və 2014-cü ildən bəri ilk dəfə mundialda oynayacaq.
Qeyd edək ki, Əlcəzair J qrupunda İordaniya, Avstriya və Argentina
ilə mübarizə aparacaq.

