Azərpaşa Nemətovun vəzifələrini kim icra edir?

Mədəniyyət


“Azərbaycan Teatr Xadimləri İttifaqına sədr 2024-cü ildə seçiləcək”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov deyib.

O, həmin müddətə kimi ittifaqın sədr vəzifəsini özü idarə edəcəyini bildirib:

“2024-cü ildə konfrans keçirilməlidir. Konfrans 5 ildən bir keçirilir. Həmin konfransda sədr seçilməlidir. Həmin vaxta kimi bu vəzifəyə seçkinin keçirilməsi qeyri-mümkündür. Ancaq o vaxta qədər sədri əvəz edən müavini olacaq”. 

Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqına sədri Xalq artisti Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə seçilmişdi. Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir