Bakıda bankdan 370 min oğurlayanlar tutuldu

Cəmiyyət


Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulublar.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat və 32 min dollar).

Pulun bankda depozitlərin saxlanıldığı seyfdən oğurlandığı bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir