
2026-cı ilin payız mövsümündə 1970-ci illərin dəbini xatırladan zamşa şalvarlar yenidən moda dünyasının əsas trendlərindən biri olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Vogue” jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, 1960-70-ci illərdə bu geyim növünün populyarlaşmasında ingilis-fransız aktrisa və müğənni Ceyn Birkinin böyük rolu olub. O, tez-tez geniş balaqlı zamşa şalvarları sadə mayka, köynək və ya bluzlarla kombinasiya edərək ictimaiyyət qarşısına çıxırmış.
Hazırda isə moda influenserləri əsasən geniş balaqlı və ya düz biçimli zamşa şalvarlara üstünlük verirlər.
“Vogue” stilistləri bu şalvarların qəhvəyi, krem və xaki kimi sakit tonlu geyimlərlə yanaşı, qırmızı və ya sarı rəngli bluzlar kimi parlaq detallarla da uğurla uyğunlaşdırıla biləcəyini bildirirlər.
Vogue jurnalı 1970-ci illərin dəbindən ilhamlanan zamşa şalvarların 2026-cı ilin payız mövsümünün əsas moda trendlərindən biri olacağını açıqlayıb.

