Əli Əsədov Boris Titovla görüşüb

Siyasət


Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişaf etməsi qeyd olunub.

Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir