Dağlıq rayonlara qar yağıb – FAKTİKİ HAVA

Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava şəraitini açıqlayıb. 

Qurumun fevralın 1-nə olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, Naxçıvan, Şahbuz, Lerikdə 1 sm olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 6 mm, Lənkəranda 5 mm, Göytəpə, Astarada 4 mm, Ağdərə, Cəfərxanda 3 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdə, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1 mm-dək olub.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3,1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11 dərəcə isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, dağlıq rayonlarda 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, aran rayonlarında 5-9 dərəcə isti olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir