Bakıda şadlıq evinin yaxınlığında bıçaqlanma olub

Cəmiyyət

Bakıda 38 yaşlı kişi bıçaqlanıb.

“resmixeber.az”un xəbərinə görə, hadisə yanvarın 24-də saat 04 radələrində paytaxtın Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mehdiyev Alim Şakir oğlu Zaur adlı şəxslə mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir