Yakub Koreyba: “Rusiyanın Şərqi Avropa və Cənubi Qafqazdakı təsiri itir”

Siyasət

Bəzi ekspertlərin fikrincə, Ukraynada artıq bir ilə yaxındır davam edən müharibənin nəticəsi olaraq Rusiyanın bir çox istiqamətlərdə, o cümlədən Cənubi Qafqazdakı mövqeləri müəyyən dərəcədə zəifləyib.

Belə ki, Rusiya Federasiyası Ukrayna ilə müharibədə xeyli resurs xərcləyib.

Vəziyyəti resmixeber.az-a şərh edən polşalı jurnalist və politoloq Yakub Koreyba xatırladıb ki, hələ 10 il əvvəl oxuduğu proqnozlarda yazılırdı ki, əgər Rusiya risk edib böyük münaqişəyə daxil olarsa, bu, onun güclü bir Avropa dövləti kimi sonu olacaq.

“Rusiya Federasiyasının böyük müharibədə qalib gəlməyə gücü və resursları yoxdur. Lakin müxtəlif səbəblərdən dolayı Rusiya Federasiyası belə bir münaqişəyə qarışdı. Və biz indi görürük ki, o, təkcə Avropadan deyil, müxtəlif bölgələri tərk edir. Rusiyanın Ukraynadakı təsir gücü müharibəyə görə mənfi işarəyə enib.  Pekin Moskvanı Orta Asiyada tamamilə sıxışdırıb çıxarır. Cənubi Qafqazda Türkiyənin nəzərəçarpacaq dərəcədə güclənməsi müşahidə olunur, lakin unutmaq lazım deyil ki, Ankaranın regionda nüfuzu həmişə olub. Lakin bu imperializm demək deyildir, Türkiyənin yumşaq liderliyidir”, – deyə polşalı politoloq bildirib.

Yakub Koreyba vurğulayıb ki, Ankaranın güclənməsi regional liderin – ərazi bütövlüyünü müvəffəqiyyətlə bərpa edən Azərbaycanın təsirinin artmasına gətirib çıxarır:

“Azərbaycanın Türkiyə ilə ortaq şəkildə öz milli maraqlarını reallaşdırması üçün şərait yaranır. Bakı və Ankara yeni tipli müasir əməkdaşlığın nümunəsi göstərirlər. Bu, müəyyən mənada Polşa ilə Ukrayna arasındakı münasibətlərə bənzəyir. Rusiyanın Şərqi Avropa və Cənubi Qafqazdakı təsiri itməkdədir və o, heç bir xarici hegemonun – Çin və ya ABŞ-nin təzyiqi ilə əvəz olunmur”.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir