20 Yanvar faciəsinə aparan yol – VİDEO

Siyasət

1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, respublika ərazisinin 25 faizini təşkil edirdi. 1988-1989-cu illərdə isə öz tarixi-etnik torpaqlarından növbəti 250 min azərbaycanlı qovuldu.

Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı isə 1990-cı ilin yanvarında sovet qoşunlarının ölkəyə yeridilməsinə, Bakı ilə yanaşı, digər şəhər və rayonlarımızda kütləvi qırğınlara səbəb oldu. 

Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi şəkildə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaqda bir sıra məkrli planları var idi. Ancaq əsl səbəb gizlədilir, rəsmi səviyyədə elə təqdim edilirdi ki, guya Bakıda ermənilərə qarşı zorakılıq halları baş verir və qoşunlar da sabitliyi təmin etmək məqsədilə yeridilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir