Leyla Abdullayeva Topçubaşovun məzarını ziyarət edib – FOTO

Siyasət

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

Azərbaycanlı diplomat bununla bağlı “Twitter” hesabından fotolar paylaşıb.

“20 Yanvar şəhidlərinin Anım Günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik.

Torpaq əgər uğrunda ölən varsa Vətəndir”, – deyə L.Abdullayeva paylaşımda qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir