Bakıda borcunu ödəyə bilməyən şəxs bıçaqlanıb

Kriminal

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə metronun “Nizami” stansiyasının qarşısındakı parkda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.

Mübahisə zamanı O.Babayev bıçaqlanıb.

Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir