Naxçıvanı da silkələyən zəlzələ nəticəsində İranda azı 120 nəfər xəsarət alıb – FOTO

Dünya

İranın şimal-qərbində Xoy yaxınlığında baş verən zəlzələ nəticəsində azı 120 nəfər xəsarət alıb.

Bu barədə vilayətin qubernatoru  Zabiulla Kazemi bildirib.

Onun sözlərinə görə, 200-ə yaxın binaya da ziyan dəyib.

Ölənlər barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün Türkiyə-İran sərhədində güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,9 bal, episentri 2 km dərinlikdə olub. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-5 bal gücündə hiss olunub.

Mənbə: Fars

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir