Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Cəmiyyət

Bakı şəhərində yaşayış binası yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin 1 otağında ev əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.

“Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir