Azərbaycanda qadına şər atdılar, özünü doğradı

Cəmiyyət

Qazaxda qadın özünə xəsarət yetirib.

Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 37 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

resmixeber.az-ın əldə etdiyi məlumata görə, Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb. 

Belə ki, həmkəndlisi R.Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L.Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəbdən yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib.

Hazırda araşdırmalar davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir