İspaniyada qatar relsdən çıxdı: Xəsarət alanlar var

Dünya

İspaniyanın şimalında şəhərətrafı qatarın relsdən çıxması nəticəsində ən azı 15 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Kantabriya muxtar icmasının Renedo stansiyasının yaxınlığında baş verib.

Qəza zamanı qatarda 40 sərnişin olub. İnsident qatarın aşağı sürətlə hərəkət edərək dalan dirəyə çatmasından sonra baş verib.

Hadisənin digər qatarların hərəkətinə təsir göstərmədiyi qeyd edilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir