“Qızıl Qlobus-2023”: Qaliblərin SİYAHISI + FOTO

Dünya

2023-cü ilin mükafatlandırma mövsümü ənənəvi olaraq Hollivud Xarici Mətbuat Assosiasiyasının kino və televiziya sahəsində nailiyyətlərə görə verilən “Qızıl Qlobus” mükafatları ilə açılıb.

Mükafatların təqdimetmə mərasimi Kaliforniyadakı “Beverly Hilton”da baş tutub. Aparıcısının Cerrod Karmaykl olduğu tədbirdə çox arzulanan heykəlcikləri Ana de Armas, Cenna Orteqa, Billi Porter, Treysi Morqan, Cennifer Kullic və Kventin Tarantino təqdim ediblər.

Qaliblərin siyahısı aşağıdakı kimidir.

Filmlər:

Ən yaxşı film (dram): “The Fabelmans”

Ən yaxşı film (müzikl və ya komediya): “The Banshees of Inisherin”

Ən yaxşı rejissor: Stiven Spilberq (“The Fabelmans”)

Ən yaxşı ssenari: Martin MakDona (“The Banshees of Inisherin”)

Ən yaxşı aktyor (dram): Ostin Batler (“Elvis”)

Ən yaxşı aktrisa (dram): Keyt Blanşett (“Tar”)

Ən yaxşı aktyor (müzikl və ya komediya): Kolin Farrell (“The Banshees of Inisherin”)

Ən yaxşı aktrisa (müzikl və ya komediya): Mişel Yeo (“Everything Everywhere All at Once”)

Ən yaxşı ikinci plan aktyoru: Ke Hyui Kuan (“Everything Everywhere All at Once”)

Ən yaxşı ikinci plan qadın rolu: Ancela Bassett (“Black Panther: Wakanda Forever”)

Xarici dildə ən yaxşı film: “Argentina 1985”

Ən yaxşı cizgi filmi: “Guillermo del Toro’s Pinocchio”

Ən yaxşı orijinal musiqi: Castin Hurvitz (“Babylon”)

Ən yaxşı mahnı: Naatu Naatu (“RRR”)

Seriallar

Ən yaxşı serial (dram): “House of the Dragon”

Ən yaxşı teleserial (musiqili və ya komediya): “Abbott Elementary”

Ən yaxşı telefilm, serial və ya miniserial: “The White Lotus”

Dram serialında ən yaxşı aktyor: Kevin Kostner (“Yellowstone”)

Dram serialında ən yaxşı aktrisa: Zendaya (“Euphoria”)

Müzikl və ya komediyada ən yaxşı aktyor: Ceremi Allen Uayt (“The Bear”)

Müzikl və ya komediyada ən yaxşı aktrisa: Kinta Branson (“Abbott Elementary”)

Televiziya filmi, serialı və ya miniserialında ən yaxşı aktyor: Evan Peters (“Monster: The Jeffrey Dahmer Story”)

Televiziya filmi, serialı və ya miniserialında ən yaxşı aktrisa: Amanda Seyfrid (“The Dropout”)

Televiziya filmi, serialı və ya miniserialında ən yaxşı ikinci plan aktyoru: Pol Uolter Hauzer (“Black Bird”)

Televiziya filmi, serialı və ya miniserialında ən yaxşı ikinci plan aktrisası: Cennifer Kulic (“The White Lotus”)

Dram və ya komediya serialında ikinci planda ən yaxşı aktrisa: Culiya Qarner (“Ozark”)

Dram və ya komediya serialında ikinci planda ən yaxşı aktyor: Tayler Ceyms Uillyams (“Abbott Elementary”)

Qeyd edək ki, mərasimdə sənətçilər Rusiya-Ukrayna müharibəsinə də toxunublar; Hollivud aktyoru və UNITED24 platformasının səfiri Şon Penn səhnədən Ukrayna Prezidenti Volodimir Zelenskinin adından müraciət oxuyub.

Mənbə: Peopletalk

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir