Lerik sakini yük avtomobilinin altında qalaraq öldü

Cəmiyyət

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regnional qrupu məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.RESMIXEBER.az