Bakı. Trend:
Husi silahlıları Səudiyyə Ərəbistanının Nəcran şəhərində mülki
hədəflərə hücum ediblər.
Bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi
koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Maliki məlumat
yayıb.
Turki əl-Malikinin sözlərinə görə, husilərin hücumu nəticəsində
bir qadın və dörd yaşlı uşaq da daxil olmaqla on bir nəfər
yaralanıb.
“Cümə axşamı günü Nəcran bölgəsində Husilərin terror hücumları
nəticəsində 11 mülki şəxs yaralanıb. Yaralılar arasında bir
yəmənli, iki misirli və bir pakistanlı da var”, – deyə briqada
generalı bildirib.

