
Bakı. Trend:
Oman sahillərindən şimal-şərq istiqamətində 11 kilometr məsafədə
tanker hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz
Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat
yayıb.
Məlumata görə, mərmi gəminin maşın bölməsinə ziyan vurub.
“UKMTO Omanın Lima bölgəsindən 11 kilometr şərqdə ticarət
gəmisinin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb.
Bildirilir ki, tanker mərmi ilə vurulub və nəticədə gəminin maşın
bölməsinə ziyan dəyib. Hazırda səlahiyyətli orqanlar hadisə ilə
bağlı araşdırma aparırlar”, – deyə Britaniya koordinasiya
mərkəzinin bəyanatında bildirilir.

