
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə
ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü
idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı
dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların
vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırma aparılır.

