
“Marsel”in futbolçusu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” ingiltərəli futbolçunun transferi ilə bağlı irəliləyiş əldə edib. “L’Equipe” nəşrinin məlumatına görə, İstanbul təmsilçisi 24 yaşlı vingerlə şəxsi şərtlər üzrə razılığa gəlib.
Hazırda əsas maneə iki klub arasında maliyyə məsələlərinin razılaşdırılmasıdır. “Fənərbaxça”nın “Marsel”ə bonuslarla birlikdə 30 milyon avroluq təklif irəli sürdüyü iddia edilir. Fransa klubu Qrinvudun satışından daha yüksək məbləğ əldə etmək niyyətindədir. “Marsel” rəhbərliyi futbolçu üçün 50-55 milyon avro tələb edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

