
Bakı. Trend:
“HiPP” uşaq qidasının siçan zəhəri ilə zəhərlənməsi işi üzrə
şübhəli bilinən şəxs Avstriyada saxlanılıb.
Trend-in
məlumatına görə, bu barədə OE24 portalı xəbər verib.
Məlumata əsasən, şübhəli şəxs 39 yaşında kişidir və mayın 2-də
saxlanılıb. Onun barəsində ictimai təhlükəsizliyə təhdid yaratma və
sağlamlığa ağır zərər vurmağa cəhd göstərmək maddələri üzrə
təhqiqat aparılır.
İstintaq Ayzenştadt prokurorluğu tərəfindən əlaqələndirilir,
əməliyyata Burgenland Cinayət İdarəsinin və Federal Kriminal
İdarənin əməkdaşları cəlb olunub. Saxlanılan şəxsin kimliyi və
saxlanılma şəraiti açıqlanmır.
Müstəntiqlərin məlumatına görə, aprelin 18-də Ayzenştadtdakı
supermarketlərdən birində içində püre olan şüşə bankada təxminən 15
mikroqram siçan zəhəri aşkar edilib. Hazırda məhsuldan istifadə
edilməsinin mümkün nəticələri araşdırılır.

