Binalardan elektrik naqilləri oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan
elektrik naqilləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı
R.Xancanov müəyyən olunaraq saxlanılıblar.




Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini
əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.