
Bakı. Trend:
Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib.
Bu barədə onun fəxri prezidenti olduğu VTB Birləşmiş Liqası
məlumat yayıb.
Sergey İvanovun 73 yaşı var idi.
Sergey İvanov son onilliklərin ən nüfuzlu Rusiya rəsmilərindən
biridir. O, uzun illər Rusiya Baş nazirinin birinci müavini,
müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi və Prezident
Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.
2011-ci ildən bəri İvanov Prezidentin Ətraf Mühitin Mühafizəsi,
Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi vəzifəsində çalışıb.
O, həmçinin Rusiya Təhlükəsizlik Şurasının üzvü idi.
2007-ci ildə İvanov Vladimir Putinin “varisi” vəzifəsinə ən çox
ehtimal olunan namizədlərdən biri hesab olunurdu, lakin o, bu
yarışda Dmitri Medvedevə uduzub.

