
Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbulun gender göstəriciləri göstərir
ki, qəbul zamanı qızlar və oğlanlar bəzi universitetlərə daha çox
üstünlük verir.
Bunu DİM-in “Abituriyent” jurnalının 12-ci nömrəsi əsasında
Trend.az müxbiri
müəyyən edib.
“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli
Konservatoriyası, Azərbaycan İdman Akademiyası, Milli Aviasiya
Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft
Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət
Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti,
Türkiyə-Azərbaycan Universiteti və Azərbaycan İlahiyyat İnstitutuna
qəbul olanların böyük əksəriyyətini oğlan abituriyentlər təşkil
edir.
Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər
Universiteti, Bakı Slavyan Universiteti, Bakı Musiqi Akademiyası,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Dövlət Universiteti,
Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Sumqayıt
Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran
Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Universiteti,
Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya
Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə qəbul
olunanların əksəriyyəti qız abituriyentlərdir”, – Trend.az
müxbirinin nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.
Bir sıra universitetlərdə isə oğlan və qız tələbələrin sayı
bir-birinə yaxındır. Bu qrupa Azərbaycan Turizm və Menecment
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan
Kooperasiya Universiteti, ADA Universiteti və Bakı Xoreoqrafiya
Akademiyası daxildir, – bu da jurnalda yer alan məlumatlardır.

