“Mançester Siti” gənc müdafiəçisini Bundesliqa klubuna satdı

Baş səhifə

Bakı. Trend:

“Köln” “Mançester Siti”dən mərkəz müdafiəçisi Hahmai
Simpson-Pyusinin transfer hüquqlarını tam alıb.

20 yaşlı futbolçu bu ilin yanvarında Almaniya klubuna icarə
əsasında qoşulmuşdu. İndi isə o, “Köln”lə 2030-cu ilin yayına qədər
qüvvədə olacaq tamhüquqlu müqavilə imzalayıb.




Bild nəşrinin məlumatına görə, “Mançester Siti” bu transferdən 5
milyon avrodan bir qədər çox gəlir əldə edəcək.

Simpson-Pyusi ötən mövsüm Bundesligada 11 oyunda iştirak edib, 2
sarı və 1 qırmızı vərəqə alıb.