İspaniya İtaliyadan hava və dəniz yolu ilə gələnlərin sərhəd yoxlanışına başlayıb

Baş səhifə

Bakı.Trend:

İspaniyada avqustun 8-nə keçən gecə İtaliyadan hava və dəniz
yolu ilə gələn sərnişinlər üçün sərhəd nəzarətinin tətbiqinə
başlanılıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Məhdudiyyətlər sentyabrın 7-dək qüvvədə olacaq. Onlar həm
İtaliya vətəndaşlarına, həm də İtaliyadan İspaniyaya daxil olan
digər ölkələrin vətəndaşlarına şamil ediləcək. Onların pasportları
və vizaları yoxlanılacaq. Yoxlamalar seçmə qaydada aparılacaq.




Qərar İtaliya tərəfindən “qanunsuz miqrasiyanın davam edən
təzyiqi” ilə əlaqədar qəbul edilib.

İspaniya hakimiyyəti sərhəd nəzarəti barədə İtaliyanın bir həftə
əvvəl İspaniyadan gələn üçüncü ölkə vətəndaşlarına münasibətdə
müvafiq tədbirlər tətbiq etməsindən sonra elan edib. İtaliya
hakimiyyəti qərarını İspaniyanın Seuta eksklavına qanunsuz
miqrantların kütləvi axını ilə izah edib.