
Bakı. Trend:
Avqustun 7-də cinayət törətməkdə şübhəli bilinən 52 nəfər
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata
görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu
şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 44, əvvəlki
dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

