
Bakı. Trend:
Azərbaycan idmançıları III MDB Oyunlarının medal sıralamasında
ikinci pilləyə yüksəlib.
Trend xəbər verir
ki, hazırda təmsilçilərimizin aktivində 7 qızıl, 18 gümüş və 31
bürünc medal var.
Qızıl medalları taekvondoçular Vasif Səlimov (58 kq), Ziya
Həsənli (63 kq), Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq),
samboçular Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq),
həmçinin üzgüçü Oqtay Hüseynov (400 m qarışıq üzmə) qazanıblar.
Medal sıralamasına Rusiya 47 qızıl, 13 gümüş və 9 bürünc medalla
başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncü,
Özbəkistan (3 qızıl, 6 gümüş, 16 bürünc) isə dördüncü pillədə
qərarlaşıb.
III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

