
Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrünün Ağsaqqallar
Şurasına (bələdiyyəsinə) növbədənkənar seçkilərin mümkün qədər tez
keçirilməsinin vacibliyini bəyan edib.
Trend bu barədə
Ermənistan mediasına istinadən xəbər verir.
“Gümrünün məhəllələrində gördüklərim, açığını desəm, mənim üçün
gözlənilməz və sarsıdıcı oldu. Mən təsəvvür edə bilməzdim ki, baş
naziri olduğum ölkədə həyətlər bu vəziyyətdə ola bilər. Mən
demişdim ki, Gümrüdə növbədənkənar seçkilər mümkün qədər tez
keçirilməlidir. Buna qədər isə orada təxirəsalınmaz tədbirlər
görməliyik”, – deyə o, müşavirə zamanı bildirib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə
orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar.
Daha sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi
rüşvətxorluq işi üzrə aparılan istintaq çərçivəsində səkkiz
nəfərin, o cümlədən bələdiyyə sədri Vardan Qukasyan saxlanıldığını
açıqlayıb.

