
Bakı.Trend:
Hindistanın paytaxtı Dehlidə fəaliyyət göstərən otellərdən
birində baş vermiş yanğın nəticəsində azı 21 nəfər həlak olub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Hadisə əsasən tələbə və gənclərin yaşadığı Malviya Naqar
rayonunda, yaşayış məntəqəsində yerləşən oteldə qeydə alınıb.
Rəsmilərin məlumatına görə, ən azı 40 nəfər xilas edilib.
Bu yanğın son illərdə Hindistan paytaxtında baş vermiş ən yüksək
itkili yanğınlardan hesab olunur.

