XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Müstəqillik Günü
münasibətilə təbrik edib.

Trend xəbər verir ki,
bununla bağlı “X”dəki hesabında paylaşım olunub.

“Çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri
olan 28 May – Müstəqillik Günü münasibətilə əziz həmvətənlərimizi
səmimi-qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əbədi
müstəqillik, tərəqqi və əmin-amanlıq arzulayırıq. Yaşasın qüdrətli
və müstəqil Azərbaycan!”, – paylaşımda qeyd edilib.