
Bakı. Trend:
Futbol üzrə 2026-cı il dünya çempionatının ev sahibi
ölkələrindən biri olan ABŞ millisinin mundial üçün heyəti
açıqlanıb.
Trend-in
məlumatına görə, baş məşqçi Maurisio Poçettino aşağıdakı
futbolçulara dəvət göndərib:
Qapıçılar: Kris Breydi (“Çikaqo Fayr”), Met Friz (“Nyu-York
Siti”), Mett Törner (“Nottingem Forest”, İngiltərə).
Müdafiəçilər: Maksimilian Arfsten (“Kolambus Kryu”), Serjinyo
Dest (PSV, Niderland), Aleks Frimen (“Vilyarreal”, İspaniya), Mark
Mekkenzi (“Tuluza”, Fransa), Tim Rim (“Şarlott”), Kris Riçards
(“Kristal Pelas”, İngiltərə), Entoni Robinson (“Fulhem”,
İngiltərə), Maylz Robinsən (“Tsinsinnati”), Co Skalli (“Borussiya
Münxenqladbax”, Almaniya), Oston Trasti (“Seltik”, Şotlandiya).
Yarımmüdafiəçilər: Tayler Adams (“Bornmut”, İngiltərə),
Sebastyan Berxalter (“Vankuver Uaytkeps”, Kanada), Ueston Makkenni,
Timoti Vea (hər ikisi “Yuventus”, İtaliya), Kristian Roldan
(“Sietls Saunders”), Brenden Eronson (“Lids Yunayted”, İngiltərə),
Covanni Reyna (“Borussiya Münxenqladbax”), Malik Tilmann
(“Bayer”).
Hücumçular: Kristian Pulişiç (“Milan”, İtaliya), Alexandro
Sendexas (“Amerika”), Folarin Balaqun (“Monako”, Fransa), Rikardo
Pepi (PSV), Haci Rayt (“Koventri Siti”, İngiltərə).
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ,
Kanada və Meksikada keçiriləcək.

