Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgəri
göndərmək qərarını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə D. Tramp “Truth Social”
sosial şəbəkəsində yazıb.
“Polşa Prezidenti Karol Navrotski ilə əla münasibətlərimi nəzərə
alaraq (…), ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini
məmnuniyyətlə elan edirəm”, – deyə o bildirib.
ABŞ prezidenti detalları açıqlamayıb.

