“SpaceX” “Nasdaq” birjasında olmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın “SpaceX” şirkəti səhmlərinin ilkin ictimai təklifi (IPO)
ilə bağlı sənədləri təqdim edib.

Trend xəbər verir ki,
bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının
bazasında yerləşdirilən qeydiyyat sənədlərində əks olunub.

Sənədlərə görə, “Space Exploration Technologies Corp” şirkəti
“Nasdaq” birjasında “SPCX” tiker simvolu ilə ticarətə başlamağı
planlaşdırır.




Mütəxəssislərin fikrincə, bu addım ABŞ tarixinin ən iri birja
debütlərindən biri ola bilər.

Açıqlanan maliyyə göstəricilərinə əsasən, “SpaceX” ötən il 18,67
milyard dollar gəlir əldə edib. Gəlirlərin böyük hissəsi “Starlink”
layihəsinin payına düşüb. Şirkət gələcək inkişaf strategiyasını
yalnız kosmik uçuşlar və peyk rabitəsi ilə deyil, həmçinin kosmosda
məlumat emalı mərkəzlərinin yaradılması və süni intellekt
layihələrinin inkişafı ilə əlaqələndirir.