GTA VI-nın çıxış tarixi rəsmən açıqlanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Take-Two” video oyun istehsalçısı “Grand Theft Auto”
(GTA) oyun seriyasının altıncı hissəsinin 19 noyabrda çıxacağını
təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.




Şirkətin baş direktoru Ştraus Zelnikin sözlərinə görə, yeni
hissənin reklam kampaniyasına bu yay başlanılacaq.

“Bloomberg” qeyd edib ki, bu açıqlamadan sonra “Take-Two
Interactive” şirkətinin səhmləri təxminən 7% artıb.