“Bitcoin” yenidən ucuzlaşıb

Baş səhifə

CoinMarketCap” platformasında Bitkoinin qiyməti son 24 saatda 0,38% azalaraq 77 532,99 ABŞ dolları olub. Ethereumun qiyməti 0,47% geriləyərək 2 129,13 dollara düşüb. BNB isə 0,72% bahalaşaraq 657,53 dollara yüksəlib.

APA-Economics” xəbər verir ki, digər iri kriptovalyutalarda qarışıq dinamika müşahidə olunub. Belə ki, XRP 0,70% ucuzlaşaraq 1,36 dollara enib, Solana 0,29% artaraq 86,84 dollara, Dogecoin isə 0,06% artaraq 0,1057 dollara yüksəlib.

Bununla yanaşı, TRONun qiyməti də 1,39% artaraq 0,3645 dollara, Hyperliquidin qiyməti isə 3,31% yüksələrək 57,89 dollara çatıb. Stabilkoinlərdən Tether 0,02% azalaraq 0,9989 dollara enib. USD Coin isə 0,9997 dollar səviyyəsində sabit qalıb.