ABŞ “Ebola” virusunun yayılması səbəbindən bəzi əcnəbilərin ölkəyə girişini qadağan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) “Ebola”
epidemiyası səbəbindən son bir ildə Konqo Respublikasında (KDR),
Uqandada və Cənubi Sudanda olan xarici vətəndaşların ölkəyə
girişini 21 gün müddətinə qadağan edən bir əmr imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Mərkəzin açıqlamasında
bildirilib.




“CDC Birləşmiş Ştatlara gəlməzdən əvvəlki 21 gün ərzində Konqo
Demokratik Respublikasında (KDR), Uqandada və ya Cənubi Sudanda
olmuş xarici vətəndaşların ABŞ-yə girişinin dayandırılması barədə
göstəriş verib”, – deyə bildirilib.

Göstəriş 30 gün müddətində qüvvədə olacağı və dərhal qüvvəyə
minəcəyi bildirilib.