
Bakı. Trend:
“Hizbullah” qruplaşması bildirib ki, atəşkəsin pozulmasına cavab
olaraq son 24 saat ərzində İsrail qoşunlarına qarşı 19 silahlı
hücum həyata keçirilib.
Trend-in
məlumatına görə, bu barədə qruplaşmanın “Telegram” kanalında
bildirilib.
“İslam müqavimət bölmələri Livan ərazisində fəaliyyət göstərən
işğalçı qüvvələrə qarşı 19 əməliyyat keçirib. Əməliyyat zamanı
dronlar Əl-Bayada şəhərindəki komanda məntəqəsinə və Yaara yaşayış
məntəqəsindəki kazarmalara hücum edib”, – deyə o bildirib.

