Bakı. Trend:
Çinin Quansi-Çjuan Muxtar Rayonunda pikapın suya düşməsi
nəticəsində ən azı bir nəfər ölüb, doqquz nəfər itkin düşüb.
Trend-in
məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər
verib.
Məlumata əsasən, mayın 16-sı axşam saatlarında Huntsyan-Maonan
Muxtar Qəzasında (bölgənin şimal hissəsi) su basmış körpüdən 15
sərnişin daşıyan nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib.
Beş nəfər xilas edilib, itkin düşənlərin axtarışı davam edir.
Bütün zərərçəkənlərə tibbi yardım göstərilib. İstintaq
aparılır.

