
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında
əsas kapitala 60,893 milyon manat məbləğində investisiya
yatırılıb.
Trend bu
barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 23,1 faiz çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas
kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya
yatırılıb.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 2,6 faiz çoxdur.
Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə
12,4% azalaraq 3 milyard 211,9 milyon manata bərabər olub.

