Azərbaycanın yolunu kəsmək istəyənlərin “U” DÖNÜŞÜ – Prezident İlham Əliyev onlara siyasi dərs keçdi –VİDEO

Baş səhifə

Bakı.Trend:

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında
Rövşən Məmmədov regional sülh prosesi ilə bağlı fikirlərini
bölüşüb.

O bildirib ki, bu gün həm beynəlxalq arenada, həm də
Ermənistanda sülh və əməkdaşlıqla bağlı səsləndirilən fikirlərin
formalaşması təsadüfi deyil:

“Bu gün hər kəs sülhdən danışır, Azərbaycan-Ermənistan
əməkdaşlığından bəhs edir. Hətta Ermənistanın Baş naziri Nikol
Paşinyan gələcək beynəlxalq platformalarda iştirak etmək arzusunu
dilə gətirir. Lakin sual yaranır: bu reallıq necə formalaşdı?

Cəmi beş il əvvəl region tamamilə fərqli mənzərədə idi. Bu gün
müşahidə olunan sülh gündəmi Azərbaycanın yaratdığı yeni geosiyasi
reallıqlar nəticəsində mümkün olub.

Regional sabitlik və sülh üçün əsas zəmin Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində formalaşıb.
Buna görə də yaranmış vəziyyəti ümumiləşdirərək təqdim etmək düzgün
deyil.

Bu gün regionda sülh və əməkdaşlıq imkanlarından danışan
tərəflər, ilk növbədə, bu şəraitin yaranmasında Azərbaycanın rolunu
obyektiv şəkildə qiymətləndirməlidirlər.”

Rövşən Məmmədov vurğulayıb ki, bölgədə mövcud olan yeni siyasi
şərait Azərbaycan tərəfindən yaradılan strateji reallıqların
nəticəsidir.

Linkə keçid edərək videomaterialı izləyə bilərsiniz: https://youtu.be/zDTbDnS1sTw?si=CXxhkyDZCyw4AV5J