134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq – AQTA

Baş səhifə

Bakı. Trend:

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə
həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da
daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı
və kəsimi xidmətləri təşkil olunacaq.

Trend xəbər
verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat
yayıb.

Məlumata görə, bunlardan 76-da həm kəsim, həm satış, 27-də
qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi
xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq
nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə
kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla
yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə
razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq
qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı
təmin ediləcək.




Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq
infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə
uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara
çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri
tərəfindən ətraflı məlumatlar veriləcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə
məlumatlarla buradan tanış olmaq mümkündür.