
Tehranla bağlı konkret planınım var.
Modern.az xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.
“İranın təklifi qəbuledilməzdir. Mənim İranla bağlı planım var”, – ABŞ lideri bildirib.
Tramp onun strategiyasının mövcudluğunu şübhə altına alanlara sərt cavab verib: “Çoxları deyir: Onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim yaxşı planım var”.
ABŞ lideri vurğulayıb ki, geri çəkilmək niyyəti yoxdur
Tramp ABŞ-nin nəticə əldə edəcəyini qeyd edib: “Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan tam qələbə qazanmışıq”.


