Fransada binada yanğında 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib

Baş səhifə

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, hadisə Lion ətrafındakı Dekin kommunasında yeddi mərtəbəli binada baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 50 nəfər təxliyə olunub.

Hadisə ilə bağlı Lion prokurorluğu istintaq başladıb.