Azərbaycan müdafiə naziri Slovakiyaya rəsmi səfər edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və
müdafiə naziri cənab Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi
səfər edib.

Bu barədə Trend-ə Müdafiə
Nazirliyindən məlumat verilib.

Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra
Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülmüş qarovul
dəhlizindən keçib.

General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş
nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə
görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın
cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı
səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf
perspektivlərini müzakirə ediblər.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik
Z.Həsənov Xatirə kitabını imzalayıb.