
Bakı. Trend:
Suriya Ərəb Respublikasının şimal-şərqindəki Haseke əyalətində
baş verən hücum nəticəsində ən azı iki Suriya hərbçisi həlak
olub.
Trend xarici
mediaya istinadla xəbər verir ki, hücum nəticəsində daha bir neçə
hərbçi yaralanıb.
Məlumata görə, naməlum silahlı şəxslər Suriyanın şimalının şərq
və qərb bölgələrini birləşdirən magistral yolun yaxınlığında
yerləşən Əl-Əliyə taxıl anbarlarının yaxınlığında park edilmiş
hərbi avtomobilə hücum ediblər.
Yanvarın sonunda Suriya hakimiyyəti ilə kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” arasında imzalanan razılaşmaya uyğun
olaraq, Suriya ordusu əsas obyektlərdəki mövcudluğunu gücləndirərək
Haseke əyalətini nəzarətə götürüb.

