
Bakı. Trend:
Litva Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün beynəlxalq
koalisiyaya qoşulacaq və bu prosesə onlarla hərbi və mülki
mütəxəssis cəlb edəcək.
Trend xarici
mediaya istinadla xəbər verir ki, qərar Prezident Gitanas
Nausedanın sədrliyi ilə Dövlət Müdafiə Şurası tərəfindən qəbul
edilib.
Bildirilib ki, Dövlət Müdafiə Şurası Müdafiə Nazirliyindən 40
hərbi və mülki mütəxəssisin Hörmüz boğazında əməliyyatda iştirak
etməsini təsdiqləməyi istəyib. Hökumətə Litva Silahlı Qüvvələrinin
beynəlxalq missiyalarda iştirakı ilə bağlı mandatda dəyişiklik
edilməsi üçün Seymə (parlament) müraciət etmək tapşırılıb. Litvada
xaricdə qoşunların yerləşdirilməsi parlamentin səlahiyyətlərinə
aiddir.

