İsrail hərbçiləri Qəzza zolağında 4 tuneli dağıdıblar

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) yaxın vaxtlarda Qəzza zolağının
cənubunda HƏMAS-a məxsus dörd tuneli dağıdıb.

Trend İsrail mediasına
istinadən xəbər verir ki, həmin tunellərdən biri əvvəllər
girovların saxlanılması üçün istifadə olunub.

Məlumata görə, ümumi uzunluğu təxminən 4 kilometr olan tunellər
Qəzzada atəşkəs xəttinin İsrail tərəfində yerləşib.




Ordunun açıqlamasında qeyd olunub ki, tunellərdən biri
girovların saxlanıldığı daha böyük yeraltı şəbəkənin bir hissəsi
idi. IDF əlavə edib ki, həmin tuneldə HƏMAS-ın Xan-Yunis
briqadasının yüksək rütbəli komandirlərinin istifadə etdiyi bir
neçə otaq da mövcud olub.

İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkə hesabında
əməliyyatın görüntüləri də paylaşılıb.